Ankarada törədilən terror aktı Türkiyəni öz ambisiyalarından daşındırmaq məqsədi daşıyırdı. Belə bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan çıxış edib.
“Bazar günü Ankarada törədilmiş terror aktı 79 milyonluq türk xalqına qarşı yönəldilib. Terrorçular bir daha öz cinayətkar simalarını göstərdilər. Bu akt xalqın gözünü qorxutmaq, Türkiyəni öz ambisiyalarından daşındırmaq məqsədi daşıyırdı”, - deyə R.T.Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə keçirilən birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, heç bir qüvvə Türkiyəni nəyəsə məcbur edə bilməz.
“Bu, mümkün deyil. Terrordan alət kimi istifadə edib məsum insanların qanı ilə intiqam almaq istyənlər Türkiyəni diz çökdürə bilməyəcəklər. Əksinə, özləri diz çökəcəklər”, - deyə o bildirib.
F.İsazadə