Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti paytaxtda tikinti və abadlıq işlərinin aparılması üçün podratçı seçir.
Bakı Şəhər İcra Hakimiyyətinin elanına əsasən, tender 3 lot üzrə keçirilir: prospekt, küçə, səki, həyət, park və bağların yenidən qurulması, təmiri və abadlaşdırılması (Lot-1), məhəllədaxili yolların və səkilərin asfalt örtüyünün təmiri (Lot-2), sosial-məişət və mədəniyyət təyinatlı obyektlərin əsaslı təmiri (Lot-3).
Hər bir lotda iştirak haqqı 100 manat təşkil edir.
Təklifin 2%-i məbləğində bank zəmanəti ilə müşayiət olunan tender təklifləri mayın 4-nə qədər qəbul edilir. Tender proseduru mayın 5-də keçiriləcək.
N.Abbasova