Vergilər Nazirliyi 2016-cı il yanvarın 1-dən martın 11-dək 25,508 min vergi ödəyicisini qeydiyyata alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“Onlardan 23828 nəfəri fiziki şəxs, 1680 nəfəri hüquqi şəxs, o cümlədən 114-ü xarici investisiyalı müəssisədir”, - deyə nazirlikdən qeyd ediblər.
Xəbər verildiyi kimi, Azərbaycan 2008-ci il yanvarın 1-dən sahibkarların “bir pəncərə” prinsipi üzrə qeydiyyatı sisteminə keçib.
Kommersiya fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin bu sistem üzrə qeydiyyata alınma prosesi Vergilər Nazirliyinin vasitəsilə 1-2 gün ərzində həyata keçirilir.
A.Axundov