Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu gün hərracda banklara ümumilikdə $39,1 mln. məbləğində valyuta satıb. Bu barədə fonddan məlumat verilib.
"ARDNF martın 16-da Mərkəzi Bankın keçirdiyi valyuta hərracında iştirak edib. Hərraca $100 mln. məbləğində vəsait çıxarılıb. 8 banka $39,1 mln. satılıb”, - deyə məlumatda qeyd olunur.
Ümumilikdə ARDNF martda keçirilən 10 hərracda banklara $419,1 mln. satıb.
A.Əzizov