“Gilan Holding” Maliyyə-Sənaye Qrupu açıq səhmdar cəmiyyətindən məhdud məsuliyyətli cəmiyyətə çevrilib. Bu barədə holdinqin elanında bildirilir.
“Gilan Holding” Maliyyə-Sənaye Qrupu ASC MMC statusu alıb”, - deyə məlumatda qeyd olunur.
“Gilan Holding” 1992-ci ildə yaradılıb. Holdinqin fəaliyyəti tikinti, turizm, kənd təsərrüfatı, logistika və gündəlik tələbat mallarının istehsalı sahələrini əhatə edir. Holdinq idman sahəsinə də investisiya qoyur.
A.Əzizov