Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət
Komissiyası yeni tərkiblə fəaliyyətə başlayıb.
Dövlət Komissiyasının saytında komissiyanın yeni tərkibinin siyahısı dərc edilib.
Komissiyanın sədri Milli Təhlükəsizlik Xidmətinin rəhbəri, general-leytenant Mədət Quliyev, katibi Firudin Sadıqovdur.
Komissiyanın üzvləri daxili işlər nazirinin müavini Oruc Zalov, xarici işlər nazirinin müavini Xələf Xələfov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, deputatlar, İcra Hakimiyyəti və ictimaiyyət nümayəndələri, eləcə də elm xadimləridir.
F.İsazadə