Azərbaycan Mərkəzi Bankı (AMB) xarici valyutada depozitlərin məcburi ehtiyat normasını artırıb.
Hüquqi Aktların Dövlət Reyestrinin saytında dərc edilmiş “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”na edilən dəyişikliklərə əsasən, xarici valyutada cəlb edilmiş depozitlər və hesablama bazasının bütün həcmləri 0,5%-dən 1%-dək artırılıb.
Qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar 0,5%-dən 0%-dək azaldılıb.
Bu dəyişiklik 1 may tarixindən qüvvəyə minir.
A.Əzizov