2016-cı ilin yanvar-fevral aylarında Azərbaycan 1 mlrd. 699 mln. 230,45 min kubmetr qaz ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,5% çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) saytında məlumat verilir.
Bununla yanaşı, hesabat dövründə sadələşdirilmiş gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş $44 mln. 777,66 min məbləğində qaz ixracı 301 mln. 23,43 min kubmetr təşkil edib.
Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tiflis-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.
N.Abbasova