Nazirlər Kabinetinin qərarına əsasən cari ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olunur. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Nazirlər Kabineti qış və yay vaxtlarının tətbiqi barədə 1997-ci ildə qərar verib. Qərara əsasən hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilirdi.
Xəbər verilib ki, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Buna səbəb kimi ölkədə qış və yay vaxtına keçidin iqtisadi və enerjiyə qənaət baxımından az əhəmiyyət kəsb etməsi göstərilir.
A.Zeydullayeva