“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 2016-cı ilin sonuna kimi Ro-Ro tipli gəmilərin qəbulu üçün terminal istismara verəcək. Bu barədə cümə axşamı jurnalistlərə QSC-nin baş direktoru Taleh Ziyadov məlumat verib.
“Hazırda Ələtdə liman tikintisinin birnici fazasının ikinci mərhələsini həyata keçiririk. Cari ilin sonuna kimi Ro-Ro tipli gəmilər üçün terminalın tikintisini başa çatdıracağıq və həmin gəmilərin bütün trafiki Ələtə köçürüləcək. Liman tikintisinin birinci fazası çərçivəsində işlər bütövlükdə 2017-ci ilin sonuna kimi başa çatacaq”, - deyə T.Ziyadov “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında bildirib.
Onun sözlərinə görə, hazırda limanın ümumi sahəsi 400 ha təşkil edir, bunun 100-115 ha ərazisində pilot layihə qismində azad ticarət zonası yaradılması təklif olunur.
“Biz ölkə rəhbərliyinə bu məsələyə dair öz təkiflərimizi təqdim etmişik. Razılıq veriləcəyi halda azad ticarət zonası yaradılacaq. Bundan başqa, perspektivdə, limanın bütün sahəsi tam dolandan sonra zərurət yaranacağı təqdirdə onu yaxınlıqdakı ərazi hesabına genişləndirə bilərik”, - deyə o vurğulayıb.
N.Abbasova