Yay vaxtına keçidin ləğv olunması ilə bağlı qərarla əlaqədar olaraq "Azərbaycan Hava Yolları" (AZAL) QSC aviaşirkəti bütün beynəlxalq uçuşları bir saat tez həyata keçirəcək. Bu barədə AZAL-ın mətbuat xidmətindən məlumat verilib.
“Təyinat məntəqələrinə nəzərdə tutulan vaxtda çatmaq və vaxtında transfer məqsədilə aviaşirkətin bütün beynəlxalq aviareysləri Azərbaycanın hava limanlarına/hava limanlarından artıq alınmış aviabiletlərdə göstərilən vaxtdan bir saat tez uçacaq”, - deyə QSC-dən qeyd edilib.
Heydər Əliyev Beynəlxalq Hava Limanı AZAL-ın martın 26-dan sonra olan reyslərinə aviabilet alan bütün sərnişinlərdən aviabiletdə göstərilən uçuş vaxtından 3 saat öncə qeydiyyat üçün hava limanına gəlməyi xahiş edir.
AZAL-ın bütün qurumları sərnişinlərin vaxtında təyyarəyə minməsini təmin etmək üçün gücləndirilmiş rejimdə işləyəcək.
A.Əzizov