Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) xətti ilə 54 623 nəfər Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunur. Bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Onlardan 176 nəfəri Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmiş şəxslər (həmin şəxslərdən həlak olanların ailə üzvlərinə bu təqaüd ödənilir), 19 114 nəfəri müharibə əlilləri və onlara bərabər tutulanlar, 13187-i şəhid ailələri, 447 nəfəri Böyük Vətən müharibəsi iştirakçılarıdır. 20 Yanvar faciəsi zamanı şəhid olmuş 116 nəfərin ailəsinə və 315 nəfər 20 Yanvar əlilinə, ümumi səbəbdən I qrup əlil olan və əmək pensiyası almaq hüququ olmayan 18 525 nəfərə, habelə müvafiq təbəqələrdən olan digər vətəndaşlara da nazirlik tərəfindən Prezidentin aylıq təqaüdü ödənilir.
R. Babayev