2016-cı ilin yanvar-fevral aylarında Azərbaycana 821 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da ötən ilin yanvar-fevral aylarının göstəricisindən 9,1 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 737 ədəd avtomobil sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb (azalma 9,5 dəfə).
Cari ilin yanvar-fevral aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 67 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 5 dəfə) və 8 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi idxal edilib (azalma 63,6%).
Bundan başqa, hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 9 ədəd motorlu nəqliyyat vasitəsi gətirilib (azalma 13,2 dəfə).
2014-cü ildən etibarən Azərbaycana minik maşınlarının idxalında azalma müşahidə olunur.
N.Abbasova