Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günther Baxlerlə Qarabağ münaqişəsinin nizamlanmasına dair fikir mübadiləsi aparıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Almaniyanın ATƏT-in fəaliyyətdə olan sədri statusunda prioritetləri, Ermənistan-Azərbaycan münaqişəsi və ATƏT-lə Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
F.İsazadə