2016-cı ilin yanvar-fevral aylarında Azərbaycanda neft hasilatı (qaz kondensatı da daxil olmaqla) 6 mln. 867,4 min ton təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 1,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-fevral aylarında 6 mlrd. 857,5 mln. kubmetr (azalma 1,4%) qaz hasil olunub.
Bu dövrdə 4 mlrd. 945,2 mln. kubmetr qaz hasil olunub (artım 2,5%). Bununla belə, yanvar-fevral aylarında əmtəə qazının hasilatı 3 mlrd. 154,7 mln. kubmetr təşkil edib (azalma 8,3%).
2015-ci ildə Azərbaycanda qaz kondensatı da daxil olmaqla, neft hasilatı 41 mln. 689 min ton, qaz hasilatı 29 mlrd. 742,4 mln.kubmetr təşkil edib.
Hökumətin proqnozlarına əsasən, 2016-cı ildə Azərbaycanda neft hasilatı 40 mln. 744,9 min ton, qaz hasilatı 29 mlrd. 345 mln. kubmetr təşkil edəcək.
N.Abbasova