Azərbaycan Mərkəzi Bankı (AMB) martın 18-nə manatın dollara qarşı rəsmi məzənnəsini martın 17-nə olan 1,6102 manat/$1 səviyyəsinə qarşı 1,5971 manat səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,8135% möhkəmlənib.
AMB martın 18-nə manatın avroya nisbətən rəsmi məzənnəsini martın 17-də qeydə alınmış 1,8063 manat/1EUR səviyyəsinə qarşı 1,8066 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,0166% ucuzlaşıb.
Martın 18-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi martın 17-də qeydə alınmış 0,0234 manat/1RUR səviyyəsinə qarşı 0,0235 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla nisbətən 0,4273% ucuzlaşıb.
A.Əzizov