Münaqişənin hüquqi həlli əsasları BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələri ilə çoxdan müəyyən olunub. Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın "Kommersant" qəzetinə müsahibəsində deyib.
“Minsk qrupunun həmsədrləri mandatlarına uyğun olaraq təsirli tədbirlər görməli və erməni tərəfindən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb etməlidirlər. Lakin İrəvan hər cür vəchlə bu prosesə mane olur və həmsədrlər də bunu çox gözəl bilirlər. Atəşkəs rejiminin pozulmasının qurbanları arasında böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Qarşı tərəfdə isə bu, ümumiyyətlə yoxdur: azərbaycanlılar öz qədim torpaqlarından zorla çıxarılıb. Rəsmi İrəvan hazırki gün belə bir mexanizmin olmasını istəmir. Bu, texniki məsələdir. Ermənistan bununla status-kvonu qorumağa,Azərbaycan ərazilərinin işğalını davam etdirməyə və münaqişənin hərtərəfli həllini pozmağa çalışır. Biz əvvəllər də bu məsələni gündəmə gtirmişik”, - deyə XİN baçısı bildirib.
“ATƏT-in Minsk qrupunun fəaliyyətinə əlavə olaraq nizamlanma prosesinə bir də danışıqlar formatlarının qoşulmasına gərək varmı?” sualını nazir belə cavablandırıb: “Münaqişənin hüquqi həlli əsasları BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələri ilə çoxdan müəyyən olunub. Minsk qrupunun həmsədrləri mandatlarına uyğun olaraq təsirli tədbirlər görməli və erməni tərəfindən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb etməlidirlər. Lakin İrəvan hər cür vəchlə bu prosesə mane olur və həmsədrlər də bunu çox gözəl bilirlər”.
B.Rüstəmbəyov