2016-cı ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 6 mlrd. 459,3 mln. manat təşkil edib ki, bu da ötən ilin yanvar-fevral aylarının göstəricisindən 10,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Yanvar-fevral aylarında Azərbaycanda orta illik inflyasiya 11,7% təşkil edib.
Statistik məlumatlara əsasən, hesabat dövründə əhalinin hər nəfərinə düşən nominal gəlirlər 9% - 673,3 manatadək artıb.
Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 5 mlrd. 769,5 mln. manat qalır ki, bu da ötən ilin yanvar-fevral aylarının göstəricisindən 9,4 % çoxdur.
2015-ci ildə əhalinin nominal pul gəlirləri 5,7% artıb.
A.Əzizov