Azərbaycan Rusiya və Türkiyə arasında münasibətlərin tam normallaşmasına tərəfdardır. Belə bəyanatla Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib.
“Rusiya və Türkiyə ilə yaxşı münasibətləri olan Azərbaycan rus-türk münasibətlərinin ən qısa müddətdə normallaşmasında hamıdançox maraqlıdır”, - deyə o, Rusiyanın "Kommersant" qəzetinə müsahibəsində deyib.
Müxbirin “Bakı bu məsələdə özünü vasitəçi sayırmı?” sualına XİN başçısı belə cavab verib: “Bu məsələdə vasitəçilik ifadəsi çox yüksək səslənir. İstənilən halda, mən bunu həm türk, həm də rusiyalı həmkarımla müzakirə edirəm. Türkiyə tərəfindən Rusiya təyyarəsinin vurulması hadisəsindən sonra biz dəfələrlə bu məsələni Sergey Lavrovla müzakirə etmişik. Qarşılıqlı anlaşmaya nə qədər tez nail olunsa, hamı üçün bir o qədər yaxşı olacaq”.