SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Qərbi Abşeron” yatağında horizontal quyu istismara verib. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.
25 nömrəli horizontal quyu 20 saylı stasionar dəniz özülündən qazılıb. Quyunun dərinliyi 840 metr təşkil edib. Quyu Qirməki Lay Dəstəsinə qazılıb.
Quyunun sutkalıq hasilat intervalı 15 ton neft təşkil edir.
Quyu “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə SOCAR-AQŞ tərəfindən qazılıb.
“Qərbi Abşeron” yatağının ehtiyatları 10 mln. ton neft həcmində qiymətləndirilir.
N.Abbasova