Bu gün Azərbaycan Mətbuat Şurası və İstanbul Yeni Yüzyıl Universiteti və Qlobal Karyera İnstitutu tərəfindən cəmiyyətin məlumatlandırılmasında medianın rolunun müzakirəsinə həsr olunmuş seminar-konfrans keçirilib.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı, eləcə də iki ölkənin mətbuat nümayəndələri arasında təcrübə mübadiləsinin aparılması baxımından bu tədbirin əhəmiyyətini qeyd edib.
O, həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ankaranın rolunu qeyd edib.
Azərbaycan və Türkiyə jurnalistlərinin bir-biri ilə sıx əlaqədə olduğunu qeyd edən Ə.Amaşov deyib ki, iki ölkənin KİV nümayəndələri fəal şəkildə birgə layihələr və proqramlar həyata keçirirlər.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, KİV geniş ictimaiyyətin məlumatlandırılmasında təsirli alət rolunu oynayır.
“Bu gün KİV-lər hərbi gücə malik vasitəyə çevrilib. Bu gün media beynəlxalq mətbuata hərbi güc tətbiq etmədən beynəlxalq proseslərə təsir göstərə bilir”,-deyə o qeyd edib.
R.Babayev