2015-ci ildə Azərbaycanda müdafiə sektorunda tikinti işlərinə 156,7 mln. manat vəsait sərf edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
146,5 mln. manat əsaslı tikinti, 7 mln. manat əsaslı təmir, 3,2 mln. manat cari təmir işlərinə sərf edilib.
Yerinə yetirilmiş təmir-tikinti işləri nəticəsində 10 hamam-camaşırxana kompleksi, 8 əsgər kazarması, 5 hərbi hissə və şəhərcik, 5 yaşayış binası, 3 yeməkxana və 2 qərargah binası tikilib.
Bundan əlavə, 4 əsgər kazarması, qərargah binası, yeməkxana və yaşayış binası, 6 hərbi şəhərciyin hospitalında, eləcə də Hərbi Dəniz Qüvvələrinin bazasında tikinti işləri davam etdirilir.
F.İsazadə