2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 437,9 mln. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 2,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-fevral ayları ərzində 430,6 mln. manat heyvandarlıq, 7,3 mln. manat bitkiçilik məhsullarının payına düşüb.
Hesabat dövrü ərzində heyvandarlıq məhsullarının istehsal həcmi 2,6% artıb.
Bundan başqa, 73,4 min ton ət (artım 1,5%), 290,1 min ton süd (artım 3,8%), 270,9 mln. ədəd yumurta (artım 4,7%) istehsal edilib.
Yanvar-fevral aylarında bitkiçilik məhsullarının istehsalı 4,5% artıb.
Əksər rayonlarda bitkiçilik məhsullarının əkininə başlanılıb. Mart ayının 1-nə kimi 50,8 min hektar sahədə yazlıq bitkilər əkilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,4% çoxdur.
A.Axundov