Mayın 6-da “Kapital Menecment İnvestisiya Şirkəti” ASC-nin səhmdarlarının illik ümumi iclası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“İclasda səhmdarlar şirkətin 2015-ci ildəki maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarını müzakirə edəcəklər”, - deyə şirkətdən bildirilib.
Bundan əlavə, səhmdarlar bir sıra digər məsələləri müzakirə edəcəklər.
“Kapital Menecment İnvestisiya Şirkəti” ASC 2016-cı ilin yanvar ayında lisenziya alıb. Şirkət investisiya fəaliyyəti üzrə əsas və köməkçi xidmətlər göstərir.
A.Əzizov