Azərbaycan Mərkəzi Bankı (AMB) martın 28-nə manatın dollara qarşı rəsmi məzənnəsini martın 18-nə olan 1,5971 manat/$1 səviyyəsinə qarşı 1,5876 manat səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,5948% möhkəmlənib.
AMB martın 28-nə manatın avroya nisbətən rəsmi məzənnəsini martın 18-də qeydə alınmış 1,8066 manat/1EUR səviyyəsinə qarşı 1,7722 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 1,9041% möhkəmlənib.
Martın 28-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi martın 18-də qeydə alınmış 0,0235 manat/1RUR səviyyəsinə qarşı 0,0233 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla nisbətən 0,851% möhkəmlənib.
A.Axundov