Apreldə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya işgüzar səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev məlumat verib.
“Səfər proqramında Rusiya XİN başçısı Sergey Lavrovun azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur”, - deyə H.Hacıyev bildirib.
Onun sözlərinə görə, səfərin tarixi diplomatik kanallar vasitəsilə dəqiqləşdiriləcək.
“Tərəflər Azərbaycan-Rusiya münasibətlərinin inkişaf perspektivlərini və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesini müzakirə edəcəklər”, - deyə H.Hacıyev vurğulayıb.
R.Babayev