Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidentiPedro Aqramunthüquq müdafiəçisi İntiqam Əliyevinazadlığa buraxılmasını müsbət qiymətləndirib.
"Mən hüquq müdafiəçisi İntiqam Əliyevin azadlığa buraxılmasını alqışlayıram”, - deyə P.Aqramunt şəxsi "Twitter" səhifəsində yazıb.
O, bu addımı doğru qərar adlandırıb.
“Bu, doğru addımdır. Azərbaycanın məhkəmə sistemi həmişə tam müstəqil fəaliyyət göstərir", - deyə P.Aqramunt bildirib.
Qeyd edək ki, Ali Məhkəmənin plenumu baş prokuror Zakir Qaralovun Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevlə bağlı kassasiya şikayətini təmin edib.
Bazar ertəsi Ali Məhkəmənin plenum iclasında İntiqam Əliyevin 7,5 il müddətinə azadlıqdan məhrum edilmə cəzasının 5 illik şərti cəza ilə əvəz olunması barədə qərar qəbul edilib.
Hüquq müdafiəçisi Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirli bilinərək 2014-cü il avqustun 8-də həbs edilmişdi.
R.Babayev