Azərbaycan Mərkəzi Bankı (AMB) martın 29-na manatın dollara qarşı rəsmi məzənnəsini martın 28-nə olan 1,5876 manat/$1 səviyyəsinə qarşı 1,5737 manat səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,8755% möhkəmlənib.
AMB martın 29-na manatın avroya nisbətən rəsmi məzənnəsini martın 28-də qeydə alınmış 1,7722 manat/1EUR səviyyəsinə qarşı 1,7611 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,6263% möhkəmlənib.
Martın 29-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsi martın 28-də qeydə alınmış 0,0233 manat/1RUR səviyyəsinə qarşı 0,0229 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla nisbətən 1,7167% möhkəmlənib.
A.Əzizov