“ABB-Moskva” ASC (Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəməsi) nizamnamə kapitalını 97,3% - 4 mlrd. 163,465 mln. rubla qədər artırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ABB-dən məlumat verilib.
“ABB-Moskva”nın nizamnamə kapitalı 2 mlrd. 53,038 mln. rubl məbləğində artırılacaq.
$30 mln.-a ekvivalent olan kapitala əlavə ödəniş bu qərarın qəbul edildiyi tarixdən etibarən 6 ay ərzində iştirakçılar tərəfindən həyata keçirilməlidir. Əlavə haqq ABŞ dolları ilə ödənilir.
Hazırda “ABB-Moskva”nın nizamnamə kapitalı 2 mlrd. 110,427 mln. rubl təşkil edir.
“ABB-Moskva” 2002-ci ildə təsis edilib və "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin törəmə strukturudur.
Bank Rusiyanın iri maliyyə-kredit müəssisələrinin TOP-150-nə daxildir. Hazırda bankın şəbəkəsi Moskva, Sankt-Peterburq və Yekaterinburqda satış ofislərindən ibarətdir.
A.Əzizov