SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2015-ci ildə qazpaylayıcı şəbəkənin tikintisi və əsaslı təmirinə 350 mln. manat yönəldib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Bu vəsaitlər hesabına 12 min kilometrdən çox magistral və daxili qaz kəmərləri, 3 ədəd ölçü qovşağı, 5 ədəd qazpaylayıcı stansiya və 3 ədəd modul tipli qazpaylayıcı stansiyanın tikintisi başa çatdırılıb. Bundan əlavə, 533,4 km uzunluğunda qaz kəmərləri və 25 qaz paylayıcı stansiya təmir edilib”, - deyə hökumətdən bildirilib.
2015-ci ildə qeyd edilən işlər nəticəsində Azərbaycanda 430 yaşayış məntəqəsi və 12 genişləndirilmiş yaşayış məntəqəsi qazlaşdırılıb, 100 min abonent qazla təmin edilib.
2016-cı il yanvarın 1-nə SOCAR-ın qaz abonentlərinin sayı 1,8 mln. təşkil edib.
N.Abbasova