Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa-müalicə müəssisələrində cari ilin yanvar-fevral aylarında 2642 nəfər əlilliyi olan şəxsə tibbi reabilitasiya xidmətləri göstərilib. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Həmçinin 18 yaşa qədər fiziki imkanları məhdud 1392 nəfər stasionar şəraitdə bərpa-müalicə xidməti ilə təmin olunub.
Nazirliyin ölkənin müxtəlif bölgələri üzrə ümumilikdə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir.
R.Babayev