Sahibkarlığa Kömək Milli Fondu (SKMF)indiyədək Bakının qəsəbələrində istixana komplekslərinin yaradılmasına 77,8 mln. manat məbləğində güzəştli kredit ayırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“İndiyədək sahibkarlar Bakı qəsəbələrində 25 istixana kompleksinin yaradılması üçün SKMF-in vəsaitindən 77,8 mln. manat kredit alıblar”, - deyə fonddan bildirilib.
Bu təsərrüfatların ümumi sahəsi 109,8 hektar təşkil edir.
Təsərrüfatların illik gücü 36,2 min ton tərəvəz, 8 mln. ədəd dekorativ bitki, 10,6 mln. ədəd şitil təşkil edir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 60 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 248,5 mln. manat məbləğində güzəştli kredit verilib. 2016-cı ildə bu məbləğ 250 mln. manat təşkil edəcək.
A.Əzizov