Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoruna işdə yol verdiyi nöqsanlara görə yazılı xəbərdarlıq edilib. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlı yoxlamalar davam edir.
Yoxlama və araşdırmaların nəticələrini rəhbər tutaraq Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəlilova Hicran Aydın qızına və Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri Məmmədova Dilarə Nadir qızına yazılı xəbərdarlıq elan edilib.
A. Zeydullayeva