Azərbaycan Mərkəzi Bankı (AMB) martın 30-na manatın dollara qarşı rəsmi məzənnəsini martın 29-na olan 1,5586 manat/$1 səviyyəsinə qarşı 1,5737 manat səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,9595% möhkəmlənib.
AMB martın 30-na manatın avroya nisbətən rəsmi məzənnəsini martın 29-da qeydə alınmış 1,7611 manat/1EUR səviyyəsinə qarşı 1,7608 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,017% möhkəmlənib.
Martın 30-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsi martın 29-da qeydə alınmış 0,0229 manat/1RUR səviyyəsinə qarşı 0,0228 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla nisbətən 0,4369% möhkəmlənib.
A.Əzizov