Beynəlxalq Sığorta Şirkəti də 2015-ci ilin yekunlarına görə bitən il üzrə maliyyə hesabatlarını təqdim etmişdir. Hesabat ilində Şirkətin sığorta haqları üzrə ümumi yığımı 11.240.200 manat olmuşdur ki, bunun da 11.073.942 manatı birbaşa sığorta üzrə, 166.258 manatı təkrarsığorta üzrə olmuşdur. 2015-ci ildə Şirkət müştərilərinə 4.138.548 manat sığorta ödənişi vermişdir. Ötən ildə xarici iqtisadi konyunkturanın mənfi təsirlərinə baxmayaraq Şirkət, 1.118.700 manat xalis mənfəət əldə etmişdir.
Qeyd etmək lazımdır ki, təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan Beynəlxalq Sığorta Şirkəti müştərilərinə 32 sığorta növü üzrə sığorta xidmətləri göstərir.