Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu gün hərracda banklara ümumilikdə $28,35 mln. məbləğində valyuta satıb. Bu barədə fonddan məlumat verilib.
"ARDNF martın 30-da Mərkəzi Bankın keçirdiyi valyuta hərracında iştirak edib. Hərraca $100 mln. məbləğində vəsait çıxarılıb. Nəticədə 5 bank tərəfindən $28,35 mln. alınıb”, - deyə məlumatda qeyd olunur.
Bütövlükdə ARDNF martda keçirilən 13 hərracda banklara $482,25 mln. satıb.
A.Əzizov