Ötən gün Azərbaycan ərazisində 95 cinayət faktı qeydə alınıb, onların 29-u “isti izlər”lə açılıb. Bu barədə Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
Hüquq-mühafizə orqanları tərəfindən cinayətlərin törədilməsində şübhəli bilinən 91 nəfər saxlanılıb.
Ötən gün ərzində Azərbaycanda baş vermiş 2 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər xəsarət alıb.
Bundan başqa, narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
R.Babayev