“Bank BTB” $8,5 mln. məbləğində subordinasiya olunmuş istiqraz yerləşdirib. Bu barədə bankdan məlumat verilib.
“Martın 17-də “Bank BTB” bir investorun əldə etdiyi $8,5 mln. məbləğində subordinasiya
olunmuş istiqraz yerləşdirib. Yəni investorun cəlb olunması sayəsində bankın məcmu kapitalı 31 dekabr 2015-ci ilə olan göstərici ilə müqayisədə 21% - 61 mln. 727,19 min manatadək artıb”, - deyə məlumatda qeyd olunur.
“Bank BTB” ASC 2010-cu ilin aprel ayında Azərbaycanda fəaliyyət üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.
A.Əzizov