Səhiyyə Nazirliyi avadanlığın satınalınması üzrə tender elan edib.
Tender iki lot üzrə elan edilib: Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun müasir avadanlıqlarla təchizatının satınalınması və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının tibbi avadanlıq və inventarla təchizatının satınalınması.
Tenderdə iştirak haqqı 1,2 min manat təşkil edir. Tender təkliflərinin son qəbul tarixi 11 maydır. Təkliflər paketi ilə zərflərin açılışı mayın 12-də baş tutacaq.
Tenderdə ən azı 5 il iş təcrübəsinə malik olan şirkətlər iştirak edə bilərlər.
A.Zeydullayeva