Martın 31-də saat 16:00-da Beynəlxalq Muğam MərkəzindəAzərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 2-ci “Şuşa Qrantı” birgə müsabiqəsinin qalibi olmuş qrant layihələri çərçivəsində nəşr olunmuş “Ermənistanın Azərbaycana təcavüzü” adlı 3 cildlik kitabın və “Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix – olduğu kimi (1920-1994-cü illər)” monoqrafiyasının təqdimat mərasimi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
Ermənistanın Azərbaycana təcavüzü” adlı kitabın müəllifi Elçin Əhmədov, “Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix – olduğu kimi (1920-1994-cü illər)” monoqrafiyasının müəllifi Musa Qasımlıdır.
Tədbirdə dövlət və hökumət strukturları, akademik və təhsil qurumları, ictimai birlik və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
Tədbirin keçirilməsinə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi təşkilati dəstək göstərir.
A.Zeydullayeva