1993-2015-ci illərdə Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılmasına 5,4 mlrd. manat vəsait yönəldib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bu məbləğdən 2,5 mlrd. manatı dövlət büdcəsinin, 1,9 mlrd. manatı Dövlət Neft Fondunun, 1 mlrd. manatı isə beynəlxalq maliyyə qurumları və Azərbaycanda fəaliyyət göstərən maliyyə təşkilatlarının vəsaitidir.
Komitənin məlumatına əsasən, 2015-ci ildə Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 430 mln. manat, o cümlədən büdcədən 244 mln. manat, Dövlət Neft Fondundan 150 mln. manat, beynəlxalq və digər təşkilatlardan 36 mln. manat ayrılıb.
R.Babayev