Travel.ru turizm xidməti tərəfindən tərtib edilmiş reytinqə əsasən Azərbaycan 2016-cı ildə MDB ölkələri arasında ən perspektivli istiqamətlərin siyahısına rəhbərlik edir.
Reytinq sərbəst səyahət edən turistlərin son il ərzində bron etdiyi otel və apartamentlərin sayının artması haqqında məlumat əsasında tərtib edilib.
Travel.ru xidmətinin məlumatına əsasən, MDB ölkələrinə səfər zamanı yaşamaq üçün gündəlik orta hesabla 3 min rubl tələb olunur. MDB ölkələri rusiyalı turistlər üçün münasib qiymətləri, inkişaf etmiş infrastrukturu, vizasız səfər imkanları və hər kəsin rus dilində danışa bilməsi ilə cəlbedicidir.
Azərbaycan rusiyalı turistlərin istirahət etmək üçün üstünlük verdikləri ölkələrin reytinqində birinci yeri tutur.
Ruslar üçün turizm sahəsində populyarlığı artan MDB ölkələrinin ilk 5 beşliyinə Azərbaycan, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Belarus daxildir.
2015-ci ildə 2 mln. turist (onların 685 min nəfəri Rusiya vətəndaşları olub) qəbul edən Azərbaycanda ən çox üstünlük verilən yerlər paytaxt Bakı, “Şahdağ” dağ-xizək kurortu, Gəncə, Şamaxı, Qəbələ və Naftalan şəhərləri, Göygöl, Xəzər dənizi sahillərində Xudat, Xaçmaz, Astara, Siyəzən və Lənkəran çimərlikləridir. 2016-cı il iyunun 17-dən 19-na kimi Bakıda “Formula-1” üzrəAvropa Qran-priyarışları keçiriləcək.
2016-cı ilin fevral ayında Moskvada Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin turizm nümayəndəliyi açılıb.
A.Zeydullayeva