Çərşənbə günü Somalinin paytaxtı Moqadişoda avtomobilə hücum zamanı öldürülən Azərbaycan vətəndaşının kimliyi müəyyənləşib.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevin “İnterfaks-Azərbaycan” agentliyinə verdiyi məlumata əsasən, avtomobilə hücum zamanı öldürülən şəxslərdən biri Azərbaycan vətəndaşı Kəmaliyyə İsmayılova olub.
Qeyd edək ki, dünən Somalinin paytaxtı Moqadişoda Türkiyə vətəndaşlarını aparan avtomobilə hücum edilib. Nəticədə 6 nəfər qətlə yetirilib.
B.Rüstəmbəyov