“Muğanbank” ASC-nin Kredit Departamentinin müdiri Samir İsmayılovun qanunsuz əməlləri ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun məlumatında qeyd olunur ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəS.İsmayılovun qanunsuz əməlləri barədəBakı Apellyasiya Məhkəməsinin xüsusi qərardadı araşdırılıb.
Araşdırma zamanı S.İsmayılovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə vətəndaşın razılığı olmadan saxta etibarnamə əsasında ona məxsus mənzili qanunsuz olaraq qeyd olunan bankın xeyrinə ipoteka ilə yüklü etməklə vəzifə saxtakarlığı etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
B.Rüstəmbəyov