Ötən gün Azərbaycan ərazisində 98 cinayət faktı qeydə alınıb, onların 42-si “isti izlər”lə açılıb. Bu barədə Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
Hüquq-mühafizə orqanları tərəfindən cinayətlərin törədilməsində şübhəli bilinən 95 nəfər saxlanılıb.
Ötən gün ərzində Azərbaycanda baş vermiş 3 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub, 4 nəfər xəsarət alıb.
Bundan başqa, narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.
R.Babayev