Caspian European Club (Caspian Business Club) 2016-cı il 20 aprel tarixdə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun sədrliyi ilə biznes-forum keçirəcək.
«Biznes-forum zamanı Caspian European Club (Caspian Business Club) çərçivəsində Təhsil Nazirliyi ilə biznes nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsinin perspektivləri müzakirə olunacaq. Biz Caspian European Club-un (Caspian Business Club) üzv şirkətlərinə göstərdiyi sabit dəstəyə və aparılan aktiv dialoqa görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə minnətdarıq. Ümid edirik ki, biznes-forum çərçivəsində şirkət rəhbərləri onları maraqlandıran suallara cavab almaq, təhsillə bağlı problemlərin həlli yollarını tapmaq, həmçinin bizneslə dövlət arasında aktiv dialoqun təşkili üzrə təkliflər irəli sürmək imkanından yararlanacaqlar», - deyə Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.
Sözügedən biznes-forumda Təhsil Nazirliyinin əməkdaşları, ali məktəblərin rektorları, təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq maliyyə təşkilatlarının başçıları, həmçinin səfirliklərin nümayəndələri iştirak edəcəklər. Caspian European Club-un (Caspian Business Club) üzv şirkətləri ilə yanaşı, tədbirə ASA (Azərbaycan), ASK (Azərbaycan), ATİB (Azərbaycan), TUSİAB (AZərbaycan), GEP-AFTP (Fransa) rəhbərləri də qatıla bilərlər.
Tərəfimizdən təşkil olunan tədbirlərdə, biznes-forum və dəyirmi masalarda bundan sonra da fəal iştirak etmək arzusunda olan bütün şirkət rəhbərləri və nümayəndələri mayın 1-dək elektron qeydiyyat blankını doldurmaqla Caspian European Club-a (Caspian Business Club) güzəştli şərtlərlə qəbul oluna bilərlər.
* Material, informasiya və məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club-un (Caspian Business Club) tədbirinə istinad etmək mütləqdir.
Əlavə məlumat üçün:
E-mail: info@caspianenergy.net; info@caspenergy.com
URL: www.caspianenergy.net;