Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən əhali, xüsusilə gənclər arasında insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, onun yaratdığı fəsadlara qarşı mübarizə üsulları istiqamətində mütəmadi olaraq genişmiqyaslı layihələr həyata keçirilir.
Bu istiqamətdə görülən işlərin davamı olaraq, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə, “İnsan alverinin qurbanı olma!” adlı genişmiqyaslı maarifləndirmə layihəsinə start verilir.
Layihənin əsas məqsədi insan alverinin qarşısının alınması və yaratdığı fəsadlar barədə gənclərin məlumatlandırılması, fəal gənclərdən ibarət regional şəbəkələrin yaradılması və onların gələcəkdə bu kimi aktual mövzularla maarifləndirmə işlərinə cəlb edilməsidir.
Keçiriləcək tədbirlərdə,
ü mövzu ilə əlaqədar “İnsan alverinin qurbanı olma!” adlı təqdimatın nümayişi;
ü Komitə tərəfindən keçirilən “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş “Satılmış həyat” və “Günahkarlar yoxsa günahsızlar” filmlərinin nümayişi;
ü Komitə tərəfindən hazırlanmış maarifləndirmə vasitələrinin paylanılması;
ü mövzu ilə əlaqədar iştirakçıların suallarının cavablandırılması;
ü tədbir iştirakçıları arasında anket sorğunun aparılması və sorğunun nəticələrinin analiz edilməsinəzərdə tutulmuşdur.
Layihə çərçivəsində ilk tədbir Zəngilan Rayon İcra Hakimiyyəti ilə birgə 22aprel 2016-cı il tarixində saat 11:00-da Bakı şəhəri, Xətai rayonunda yerləşən Zəngilan rayon 28 saylı orta məktəbin yuxarı sinif şagirdlərinin və fəal gənclərin iştirakı ilə keçiriləcəkdir.
Tədbirin daha geniş şəkildə işıqlandırılması üçün KİV nümayəndələrini fəal əməkdaşlığa dəvət edirik.