Bank VTB (Azərbaycan) öz müştərilərinə Zolotaya Korona sistemi vasitəsi ilə Azərbaycan Respublikası xaricinə milli valyuta ilə pul köçürmələri “0%” tarif ilə həyata keçirməyə imkan verir.
0% tarifi Zolotaya Korona sistemi üzrə bütün köçürmələrə aiddir. Köçürmə zamanı müştəri vəsaiti göndərdiyi şəxsin pulu hansı valyutada – rubl və ya dollarla alacağını seçə bilər. Bu zaman göndərən şəxs köçürməni milli valyutada həyata keçirir. Valyutanın konvertasiyası pul vəsaiti göndərilən zaman sistemin məzənnəsinə uyğun həyata keçirilir. Bu halda komissiya 0% təşkil edir.
Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub
Tel.: (012) 492 00 80 Faks: (012) 437 71 21 E-mail: gulchin.qadirova@vtb.az www.vtb.az |
ASC VTB (Azərbaycan)
Mətbuat xidməti