Bank VTB (Azərbaycan) müştərilərinin rahatlığı və xidmət keyfiyyətinin artırılması üçün paytaxtdakı filiallardan birini yeni iş qrafikinə keçirib. Belə ki, 16 may 2016-cı ildən etibarən bankın “Azadlıq” filialı 12-saatlıq və 6-günlük iş rejimində işləyir. Yeni iş rejiminə əsasən, filial müştərilərə həftə içi saat 09:00-dan 21:00-dək, şənbə günləri isə 10:00-dan 19:00-dək xidmət göstərəcək.
Yeni formatda “Azadlıq” filialı öz müştərilərinə əvvəl göstərdiyi xidmətləri təqdim etməyə davam edəcək. Bura valyuta mübadiləsi, təcili pul köçürmə sistemi üzrə vəsaitin ödənilməsi və göndərilməsi, mədaxil əməliyyatları, hesabların açılması, plastik kartların sifarişi və verilməsi, ödəmə tapşırıqlarının qəbulu, hesablar üzrə çıxarışların verilməsi, kredit üçün sifarişlərin qəbul edilməsi, məsləhətlər üzrə bütün xidmət kompleksi daxildir.
“Əksər müştərilər məşğul olduqları üçün iş saatlarında banka gələ bilmir. Məhz bunun üçün biz filiallardan birinin iş rejimini uzatmaq qərarına gəldik. İndi bank əməliyyatları üçün müştərilər işdən icazə almalı olmayacaq”- deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.
Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank baş ofis yanında Müştəri xidmətləri İdarəsi də daxil olmaqla 15 filial ilə təmsil olunub.
Tel.: (012) 492 00 80 Faks: (012) 437 71 21 E-mail: gulchin.qadirova@vtb.az www.vtb.az |
ASC VTB (Azərbaycan)
Mətbuat xidməti