Ermənistan prezidenti Serj Sarqsyan yaxşı başa düşür ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad etmək üçün müxtəlif tədbirlər görəcək. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Prezident Administrasiyasının Xarici əlaqələrşöbəsinin müdiri Novruz Məmmədov bildirib.
"O, (Serj Sarqsyan - IF ) başa düşür ki, başqa ölkənin ərazisini uzun müddət işğal altında saxlamaq olmaz. Bu ölkə gec-tez torpaqlarını işğaldan azad etmək üçün lazımi addımlar ata bilər və ya atacaq", - deyə N.Məmmədov Ermənistan prezidentinin hərbi əməliyyatların yenidən başlaması mümkünlüyü ilə bağlı verdiyi bəyanatı şərh edərkən söyləyib.
Onun sözlərinə görə, S.Sarqsyan erməni xalqının gələcəyi üçün öz məsuliyyətini dərk etməlidir.
"O, erməni xalqı qarşısında məsuliyyət hiss etməli və onun əndişələrinin özünü doğrultmaması üçün lazımi şəkildə hərəkət etməlidir ", - deyə şöbə müdiri qeyd edib.
R.Babayev